Nəsimi rayonunda müşavirə ilə bağlı tədbir keçirilmişdir

Nəsimi Rayon İcra Hakimiyyətində Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial - iqtisadi inkişafına dair keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev demişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramı, eləcə də paytaxt Bakıda görülən nəhəng quruculuq işləri şəhərimizin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da uğurla aparılmaqdadır.
Son illər rayonun makroiqtisadi göstəricilərində irəliləyişlərə nail olunmuş, ümumi məhsul buraxılışı və sənaye istehsalının həcmi artmış, 19 mindən artıq yeni iş yeri yaradılmışdır.
2006-2010 -cu illərdə Nəsimi rayonunda 3 yeni park salınmış,10 istirahət parkında əsaslı təmir işləri aparılmış, həmin parklarda müasir işıqlandırma sistemləri quraşdırılmış, yaşıllıq zolaqları salınmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Son 5 il ərzində rayondakı 10 orta ümumtəhsil məktəbində, 1 körpələr evi - uşaq bağçasında 4630 yerlik yeni korpuslar inşa edilmiş, 11 məktəbdə və 5 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri görülmüş, Tibb Universitetinin 14 mərtəbəli 400 çarpayılıq Tədris Terapiya Korpusu tikilərək istifadəyə verilmişdir. Ötən dövr ərzində Kliniki Tibbi Mərkəz, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, 2 saylı uşaq kliniki xəstəxanası, Təcili Tibbi Yardım Xəstəxanasında, 1,12 və 20 saylı polikilinikalarda əsaslı təmir işləri aparılmış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının cərrahiyyə korpusu istifadəyə verilmişdir.
2006-2010-cu illərdə Heydər Əliyev adına İdman Konsert Kompleksində, H.Sarabski adına Mədəniyyət Evində və bir sıra digər mədəniyyət və idman obyektlərində əsaslı təmir işləri görülmüşdür.
Bu dövrdə rayon ərazisində 3 körpü, 5 yeraltı və yerüstü keçid inşa edilmiş, 3 ərazidə küçələr yenidən qurulmuş, yollar genişləndirilmişdir.
Yalnız keçən il 215332 kvadratmetr asfalt örtüyü vurulmuş, 20 ünvanda binaların fasadları, 8 ünvanda dam örtükləri, 11 ünvanda eyvanları əsaslı təmir edilmişdir.
Son illərdə rayonda 200 mindən artıq ağac və dekorativ kol əkilmiş, 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı bu işlər daha geniş vüsət almışdır.
Ümumilikdə, ölkəmizdə aparılan nəhəng abadlıq və quruculuq işləri, bütün sahələrdə həyata keçirilən islahatlar Nəsimi rayonunda da uğurla davam etdirilir.
Sonra çıxışlar olmuşdur. Bakı və paytaxtətrafı qəsəbələrdə olan problemlərin həlli üçün qəbul ediləcək xüsusi proqrama Nəsimi rayonu tərəfindən 38 tədbir təklif edilmişdir.{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında