Bakı Şəhər İcra Hakimiyyəti ilaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil edəcəkdir

Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişlər ki, ilaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil ediləcəkdir.
Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq martın 15-də saat 12:00-da Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19:00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil ediləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bayram konsertinə və atəşfəşanlığa dəvət edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında