İctimai təhlükəsizliyin təmin edilməsi naminə qanunvericiliyə zidd olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycandakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin əlində vasitəyə çevrilən bir qrup gənc "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları martın 11-də keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırmışdır.
Həmin gün saat 12.00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları, ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş və metronun "28 May" stansiyası yaxınlığında toplaşmağa cəhd göstərmişlər.
Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılmışdır. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İzahatları alınmış daha 23 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışlar.
Respublikanın digər şəhər və rayonlarında qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmamışdır.
Gələcəkdə toplantı adı altında ictimai qaydanı pozmaq və qarşıdurma yaratmaq niyyətində olanların nəzərinə çatdırılır ki, daxili işlər orqanları tərəfindən ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin qorunması prinsiplərinin aliliyi və ictimai təhlükəsizliyin təmin edilməsi naminə qanunvericiliyə zidd olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında