Azərbaycanda xarici investorların təhlükəsizliyinin təmin olunması üçün çox böyük işlər görülmüşdür

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 11-də ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
R.Usubov səfirliklə Daxili İşlər Nazirliyi arasındakı işgüzar əlaqələrdən danışmış, məlum 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd etmişdir.
Nazirlikdən bildirmişlər ki, görüşdə daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda kriminogen vəziyyətin nəzarət altına alınması, ölkə vətəndaşlarının və xarici investorların təhlükəsizliyinin təmin olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülmüşdür.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütövlükdə bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinə də mənfi təsir etdiyini diqqətə çatdırmışdır.
Səfir Mətyu Brayzə fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında