Birdəfəlik maddi yardımların ödənilməsi üçün 5,9 milyon manat ayrılacaq

Azərbaycan Prezidenti İlham Əliyevin “1941--1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. 

1941--1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar imzalanan 20 aprel 2018-ci il tarixli sərəncam ümumilikdə 11 193 nəfər şəxsə şamil olunacaq. Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır ki, sərəncama əsasən, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Qalan 10 630 nəfəri isə müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, həmin dövrdə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.

İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımların məbləği son illər 25 faiz artırılıb və müvafiq olaraq  800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Həmin müharibə əlilləri və iştirakçılarına yönələn pensiya və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.

Eyni zamanda, ƏƏSMN tərəfindən indiyədək 102 nəfər İkinci Dünya müharibəsi əlili  mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin edilib. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında