Pambıqçılıqda əməkdaşlığa görə Texasdan Gəncəyə gəliblər

ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları-pambıqçılıq üzrə mütəxəssis, professor Steven Hague, məsləhət xidməti mütəxəssisi, professor Josh McGinty, tədqiqatçı James Griffin, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin ("AqroMərkəz") əməkdaşları Teymur Ağayev, Üzeyir Topçubaşov Azərbaycan Dövlət Aqrar Universitetinə  səfər ediblər.

Səfərin məqsədi pambıqçılıq sahəsində birgə  elmi-tədqiqat və tədris layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirəsi olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkədə pambıqçılığın ikişaf tarixi, hazırki vəziyyəti, dövlət dəstəyinin əsas istiqamətləri, universitetdə bu istiqamətdə aparılan işlər və imkanlar, əməkdaşlıq üçün prioritetlər barədə danışıb.

Professor Steven Hague  qəbula görə təşəkkürünü bildirərək, pambıqçılıq sahəsi üzrə təhsil alan və tədqiqat aparan tələbələrin mübadiləsi, təhsilin distant formada həyata keçirilməsi imkanları, məsləhət xidmətinin fəaliyyət mexanizmi və digər əlaqəli məsələləri müzakirə edib. Həmçinin qeyd olunub ki,  Texas  A&M Universitetindən  bir qrup tələbənin ADAU-ya göndərilməsi əsas hədəflərdən biridir. 

Qeyd edək ki, professor Steven Hague 26 aprel 2018-ci il tarixində ADAU-nun Aqronomluq fakültəsində professor-müəllim heyətinin və tələbəbələrin iştirakı ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında