Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı

JW Marriot Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandalıq Nazirliyinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə FAO-nun “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsinin yekun seminarı keçirilib. Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Seymur Səfərli qeyd edib ki, 2015-ci il yanvarın 1-də icrasına başlanılan layihə cari ilin aprelin 30-da yekunlaşacaq. Sözügedən layihə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır.

Nəzərə çatdırılıb ki, layihənin əsas hədəflərindən biri də Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırılmasının, müvafiq milli strategiyanın hazırlanmasından ibarətdir

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında