Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir

Şamaxı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirdə dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov dövlət-din münasibətlərinə toxunaraq bildirmişdir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. Natiq bildirmişdir ki, hazırda ölkəmizdə dini sabitliyin hökm sürməsi həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Rayondakı dini durum barədə ümumi məlumat verən natiq, Şamaxıda həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, eyni zamanda, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışmışdır.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə məruzə ilə çıxış edərək bildirmişdir ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. Ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək diqqətə çatdırmışdır ki, Azərbaycan bütün dini konfessiya nümayəndələrinin birlik, mehribanlıq şəraitində yaşadığı multikultural ölkədir. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları haqqında danışmış, Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat vermişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında