Jurnalistlərə mükafatlar təqdim olundu

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə jurnalistləri mükafatlandırması mərasimi keçirildi. Tədbirdə Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva, tanınmış ictimai-siyasi xadimlər, mətbuat orqanlarının rəhbərləri və jurnalistlər iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan JQA-nın rəhbəri Sevil Yusifova bildirdi ki, təşkilat artıq 12 ildir ki, 8 Martda qadın jurnalistləri unutmur və onları müxtəlif formada mükafatlandırır. Assosiasiya bu il də həmin ənənəyə sadiq qalaraq mətbuat sahəsində çalışan qadın jurnalistləri mükafatlandırıb. Hər il olduğu kimi ötən il də Azərbaycan mətbuatı yüksək nailiyyətlər əldə edib, müxtəlif layihələr həyata keçirib. Keçən il assosiasiyanın ən uğurlu layihəsi kimi "Zərif imzalar" kitabının nəşrini və jurnalistlərin pulsuz tibbi müayinələrinin aparılmasını qeyd etmək olar. Jurnalist qadınlar bundan sonra da gərəkli layihələrə imza atacaqlar."
Tədbirdə çıxış edən KİVDF-in icraçı direktoru Vüqar Səfərli ilk öncə 8 Mart Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi və onlara işlərində uğurlar arzuladı. O, mətbuatın inkişaf yolunda dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Qadın Jurnalistlər Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi KİV-in həyatında canlanma yaradır.
Sona Vəliyeva da qadınlara təbrikini çatdırdı. O, günü-gündən inkişaf edən Azərbaycan mətbuatına dövlətin xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı.
Tədbirin sonunda 30 nəfərədək jurnalistə mükafatlar təqdim olunub.
KİV-ə dövlət dəstəyinin səmərəli təşkilinə görə KİVDF-in icraçı direktoru Vüqar Səfərli JQA-nın xüsusi mükafatına layiq görüldü.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında