Şəmkir:əsgərə məktub yaz, əsgərdən məktub al...

Şəmkirdə saysız-hesabsız maraqlı təşəbbüslərdən biri də “Əsgərə məktub” layihəsidir. Rayonun orta məktəblərində daha geniş vüsət alan bu təşəbbüsə qoşulanların sayı getdikcə çoxalır. Bir tərəfdən şagirdlərin yazmaq təcrübəsi artır, digər tərəfdən onlarda hərbi -vətənpərvərlik tərbiyəsi formalaşır və həm də əsgərlərimiz arasında ruh yüksəkliyi artır.

Bu dəfəki tədbir Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuşdur. Şəmkir məktəbliləri əsgərlərə “Biz hər zaman sizin yanınızdayıq”, “Yaşasın Azərbaycan əsgəri” və sair mövzularda məktublar ünvanlamışlar. Məqsəd cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə vermək olub.

Şagirdlər məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edir, ərazi bütövlüyümüzün bərpasına sonsuz inamlarını bildirir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğunu yazırlar.

Yazılan məktublar Gəncə qarnizonu Zabitlər Evi tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaq və əskərlərdən alınacaq cavab məktubları şagirdlərə paylanacaqdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında