Parlament Jurnalistlər Birliyi III çağırış Milli Məclisin fəal deputatlarını mükafatlandırmışdır

Martın 10-da Parlament Jurnalistlər Birliyi (PJB) III çağırış Milli Məclisin fəal deputatlarını mükafatlandırmışdır.
PJB-nin keçirdiyi sorğuya əsasən III çağırış Milli Məclisdə fəallıq nümayiş etdirən 10 deputata mükafat təqdim edilmişdir.
PJB rəhbəri Elşad Eyvazlı sorğunun parlamentdə akkreditə olunmuş 60-a yaxın jurnalist arasında keçirildiyini bildirmişdir. Nəticələrə görə 4 nominasiya üzrə ən çox səs toplayan 10 deputatın adı bəlli olmuşdur.
Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat kimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva seçilmişdir. Jurnalistlər Mehriban xanımın təşəbbüsü ilə qəbul edilən amnistiya aktını yüksək qiymətləndirmişlər.
Beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən, seçicilərin hüquqlarının müdafiəçisi və plenar iclaslarda daha çox fəallığı ilə seçilən deputatlar kimi Bahar Muradova, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Siyavuş Novruzov, Fuad Muradov, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Cəmil Həsənli və Azay Quliyev mükafatlandırılmışlar.
Sorğunun nəticələrinin təqdim edilməsi mərasimi "Bakcell" şirkəti tərəfindən dəstəklənmiş, qaliblərə və tədbirdə iştirak edən jurnalistlərə xatirə hədiyyələri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında