Azərbaycan ilə Qvatemala arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, martın 9-da nazir Elmar Məmmədyarov iqamətgahı Moskva şəhərində yerləşən Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfiri Arturo Duarte ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən A.Duarte Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat Qvatemala-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində çalışacağını vurğulamışdır.
Nazir E. Məmmədyarov ölkəmizdə səfir təyin olunması münasibətilə A.Duarteni təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında