Müşavirədə irəli sürülmüş vəzifələr Suraxanı rayonunda müzakirə edilmişdir

Martın 10-da Suraxanı Rayon İcra Hakimiyyətində Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilmişdir.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov martın 9-da keçirilmiş müşavirə haqqında məlumat verdikdən sonra tədbir iştirakçıları səhnədə quraşdırılmış monitorda dövlət başçısının müşavirədəki yekun nitqini izləmişlər.
İ.Abbasov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin giriş və yekun nitqində səslənən əsas məqamları bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Demişdir ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Həm Bakı şəhərində, həm də digər şəhər və rayonlarımızda böyük quruculuq və abadlıq işləri aparılır, son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmış, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. Ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görülmüş, "Avro-2" standartlarına keçilmişdir.
Cənab Prezidentin sözləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, qəsəbələrin problemlərinin həlli üçün ilk növbədə qaz, işıq, su, kanalizasiya, suvarma, sosial infrastruktur layihələri öz həllini tapmalı, məktəblər, tibb ocaqları tikilməli, abadlıq işləri aparılmalıdır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Bakının qəsəbələrində olan problemlərin həlli üçün qəbul ediləcək xüsusi proqrama rayon tərəfindən 387 tədbir təklif edilmişdir. Müşavirədə yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər bu proqramda öz həllini tapacaqdır.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında