Samux: bütün sahələrdə inkişaf var...

Samuxda 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin məruzəsində və digər çıxışlarda rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası konkret rəqəmlərlə göstərilib. Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 26,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 10,9 faiz çoxdur. Cari ilin üç ayında ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye məhsulunun həcmi 38,3 faiz artaraq 2,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 8,6 faiz artaraq 11,4 milyon manat, tikinti 14,9 faiz artaraq 2,6 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 4,7 faiz, əsas kapitala yönəldilən investisiya 10,9 faiz artmışdır.             

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə bağlı rayonda görülən işlər bir qədər də sürətləndirilmişdir. Bu günlərdə Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.   

Şəhərin prospekt və bir sıra küçələrində abadlıq və yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda rayonun Çobanabdallı kəndində yataqxana tipli, ikimərtəbəli bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kvadratmetr olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri aparılır. İstixana kəndində ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli, sahələri 1445 kvadratmetr olan iki binada isə təmir-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri görülür.

Uzunluğu 15,3 kilometr olan İnstitut - Çobanabdallı-Lək- Əli Bayramlı və uzunluğu 12,7 kilometr olan Yenikənd -Qırmızı Samux kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanmışdır. Artıq həmin yolların torpaq yatağının bərpası, qazıntı və su keçidlərinin quraşdırılması işləri başa çatmışdır.

Rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” MMC, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , Vest Milk MMC, “Murovdağ” kəndli fermer təsərrüfatı, heyvandarlıq və yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi iri təsərrüfatlar fəaliyyət göstərir. Eyni zamanda, rayonda 153 müasir istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 72 hektardan çoxdur. Bu istixanalarda il ərzində 8000 tondan cox faraş tərəvəz – pomidor, xiyar yetişdirilir. Məhsulların cox hissəsi MDB ölkələrinə ixrac olunur.

İlin əvvəlində rayonda əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, üç ay ərzində 79-u daimi olmaqla 271 yeni iş yeri yaradılmışdır.              

Ölkə Prezidentinin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə rayonda lazımi tədbirlər həyata keçirilmişdir. 2018-ci ilin məhsulu üçün 9924,0 hektar sahədə taxıl əkilmişdir ki, onun da 6293 hektarı buğda, 3629 hektarı arpadır.

Cari ildə 2167 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Onlardan 807 hektarı şəkər çuğunduru, 869 hektarı dən üçün günəbaxan, 168 hektarı kartof, 323 hektarı tərəvəzdir. Ölkə başçısının şəkər cuğunduru əkininin stimullaşdırılması ilə bağlı imzaladığı məlum sərəncamdan sonra bu sahəyə diqqət daha da artmışdır. Cari ildə 1000 hektardan yuxarı şəkər çuğunduru əkilməsi proqnozlaşdırılır.

...Yığıncaqda belə bir fikir dönə-dönə vurğulanıb ki, Samuxda bütün sahələrdə inkişaf, tərəqqi var. Lakin arxayınlaşmağa heç bir əsas yoxdur. Gərək bütün imkanlardan maksimum istifadə olunsun.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında