Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr vermiş, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik olmuş, xeyirxah və humanist əməllərlə yaddaşlarda unudulmaz xatirələrlə qalmış akademik Zərifə xanım Əliyevanın anım və doğum günləri ilə əlaqədar silsilə tədbirlər keçirmişdir. YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı başda olmaqla bir qrup fəal sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində olmuş, müəllim və şagird kollektivi ilə görüşmüşdür.

M.İbrahimqızı akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında əvəzsiz xidmətlərindən, zəngin və mənalı ömür yolundan söhbət açaraq demişdir ki, o, yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmət və sevgisini qazanmışdı. Əsil-nəcabətli ziyalı mühitində ərsəyə gələn Zərifə xanım qayğıkeş və mehriban ana kimi övladlarına da ən yüksək mənəvi keyfiyyətləri aşılamışdı.

Qeyd olunmuşdur ki, akademik Zərifə xanım Əliyeva yüksək səviyyəli peşəkar həkim kimi neçə-neçə insanın gözünə nur bəxş edib, xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara həmişə böyük diqqətlə yanaşıb. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir.

Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının fəalları qanvermə aksiyası keçirmişlər. Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda keçirilmişdir. Aksiyada 150 nəfərdən çox könüllü iştirak etmişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında