Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşmüşdür

Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında Azərbaycanda səfərdə olan Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Bakıda olmağından məmnunluğunu bildirən Edmond Hacinasto Azərbaycan və Albaniyanın dost ölkə olduğunu vurğulamışdır. Səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini qeyd edən qonaq bildirmişdir ki, belə görüşlər münasibətlərimizdə yeni səhifələr açacaqdır. Onun sözlərinə görə, Albaniya Azərbaycan ilə bütün sahələrdə, o cümlədən dini sahədə əlaqələrin inkişafında maraqlıdır. Qonaq ölkəsinin inkişafı, o cümlədən dini sahədə görülən işləri də diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Albaniyada bütün dinlərin nümayəndələri vardır.
Edmond Hacinasto ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini də demişdir.
Şeyxülislam ölkələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışmış, Azərbaycanın tolerantlıq nümunəsi olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan və Albaniya arasında dostluq münasibətlərinin qədim tarixi vardır. Bu münasibətlərin inkişafında islam dini mühüm rol oynayır.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan şeyxülislam demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Azərbaycanda mövcud din-dövlət münasibətləri barədə qonağa məlumat verən A.Paşazadə Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında