ATƏT-in fəaliyyətdə olan sədri gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcəkdir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcəkdir.
Təşkilatın rəsmi saytında yerləşdirilmiş məlumata görə, A.Ajubalis səfər zamanı hökumət dairələri və siyasi partiyalarla ATƏT-in regiondakı fəaliyyəti və Litvanın quruma sədrlik etdiyi 2011-ci il üçün prioritet istiqamətləri ətrafında müzakirələr aparacaqdır.
ATƏT sədri martın 13-14-də Bakıda, 15-16-da Tbilisidə və 17-18-də Yerevanda olacaqdır. Səfər müddətində ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan, Gürcüstan və Ermənistan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, ATƏT məkanında həlli uzanan münaqişələrin nizamlanmasında irəliləyişin əldə edilməsi sədrlik müddətində Litvanın əsas prioritetidir. Aparılan müzakirələr zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə xüsusi diqqət yetiriləcəkdir.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında