Sumqayıtın yaşıllaşdırma və təmizlik işçiləri xüsusi gödəkçələrdə

Bu günlərdə  Sumqayıt Şəhər Dövlət Yol Polisi Səbail şəhər ərazisində yaşıllaşdırma və təmizlik işləri ilə məşğul olan 45 nəfərə xüsusi gödəkçələr paylayıb.

DYPŞ-nin əməkdaşı, kapitan Coşqun Rzayev  bildirib ki, gödəkçələrin paylanması Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. Burada əsas məqsəd kommunal-təşərrufat işləri ilə məşğul olan şəxslərin yol qəzalarından qorunmasıdır. Gödəkçələr daha intensiv və yüksək sürət tətbiq olunan yollarda işləyənlərə verilib və onların işıqqaytarıcı funksiyası sürücülərin   həmin şəxsləri daha tez görməsinə şərait yaradacaq.

Gödəkçələr paylandıqdan sonra kommunal-təsərrufat işçiləri aidiyyatı üzrə işə başlayıblar. Onlarla görüşən Sumqayıt şəhər Yol Polisi Şöbəsinin, Yol Patrul Xidməti Bölüyünün komandiri, polis mayoru Mərdan Əliyev öz tövsiyələrini verib və bildirib ki, yaşıllaşdırma və təmizlik idarələrinin əməkdaşları yollarda xidmət apararkən son dərəcə diqqətli olmalı, nəqliyyat axınına fikir verməlidirlər. Görüntü məhdud olan ərazilərdə həmin gödəkçələrin işıqqaytarıcı funksyasını işə salmalıdırlar.

Ehtiyac yaranacağı təqdirdə digər yerlərdə çalışan əməkdaşlara da belə gödəkçələr  paylanacaq.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında