Heydər Əliyev Mükafatı Komissiyasından

Heydər Əliyev Mükafatı Komissiyasından daxil olmuş məlumatda bildirilir ki, Komissiyanın Əsasnaməsinə müvafiq qaydada təqdim edilən namizədlərin siyahısı mükafatın verilməsinə iki ay qalmış mətbuatda dərc edilməlidir. Əsasnamənin bu tələbini nəzərə alaraq Komissiya məlumat verir ki, 2011-ci il üçün aidiyyəti qurum və şəxslər tərəfindən Heydər Əliyev Mükafatına aşağıdakı şəxslərin namizədliyi irəli sürülmüşdür:
1. "Küylərin analizi və qəzaların gizli dövrünün monitorinqi nəzəriyyəsi və texnologiyaları" tədqiqatına görə - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Telman Abbas oğlu ƏLİYEV.
2. "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabına görə - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mikayıl oğlu MAHMUDOV.
3. Azərbaycan musiqi elminin tarixinə dair araşdırmalarına görə - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Yusif qızı SƏFƏROVA.
4. Ədəbi prosesi zənginləşdirən əsərlərinə görə - xalq yazıçısı Mövlud Süleyman oğlu BALAKİŞİYEV (Mövlud Süleymanlı).
5. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə - xalq rəssamı Oqtay Seyid Hüseyn oğlu SADIQZADƏ.
6. Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində xidmətlərinə görə - xalq rəssamı Toğrul Fərman oğlu NƏRİMANBƏYOV.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında