Yaşayış kompleksində iməcilik və ağacəkmə aksiyası keçirilib

Abşeron rayonu Saray qəsəbəsində inşa edilən yaşayış kompleksinin ətrafında iməcilik və ağacəkmə aksiyaları keçirilib. Aksiyada AMEA-nın İşlər İdarəsiAzad Həmkarlar İttifaqı, eləcə də akademiyanın digər elmi müəssisə və təşkilatlarının nümayəndələri və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

 

www.science.gov.az saytı yazır ki, onlar əvvəlcə yaşayış kompleksində aparılan tikinti və abadlaşdırma işləri ilə tanış olublar. Sonra təşkil edilmiş ekoloji aksiyada şam, sərv kimi ağaclar daxil olmaqla, 700-dən çox ağac əkilib, ərazidə təmizlik işləri aparılıb, yaşıllaşdırma və ətraf mühitin sağlamlaşdırılması kampaniyaları çərçivəsində  bir sıra tədbirlər həyata keçirilib.  

Məlumat üçün qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında