Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının tətbiqi sahəsində görülən işlərə dair seminar-müşavirə keçirilib.

Fondun idarə, şəhər və rayon şöbələrinin proqnoz uçot və təhlil, gəlirlər, fərdi uçot, sosial sığorta  sektorları əməkdaşlarının iştirakı ilə keçən tədbirdə, eyni zamanda, Fondun yerli orqanlarının 2018-ci ilin I rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrası vəziyyəti müzakirə olunub.

Seminar-müşavirədə çıxış edən nazirlik yanında DSMF-nun direktoru Zakir Babayev 2018-ci il aprelin 1-dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə yaranmış borclarının silinməsi və “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta vəsaitlərinin toplanması ilə bağlı qanunvericilik aktlarının yerli orqanlara çatdırıldığını qeyd edib. O, işsizlikdən sığorta vəsaitlərinin toplanması və onların uçotunun aparılması və s. istiqamətlərdə fond tərəfindən görülən işləri diqqətə çatdırıb, fondun yerli orqanlarının cari ilin qarşıdakı dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Sonra DSMF aparatının büdcə və proqnozlaşdırma şöbəsi və sosial sığorta şöbəsinin əməkdaşları seminar-müşavirə iştirakçılarının müzakirə olunan məsələlərə, habelə fərdi uçota, vahid rüblük hesabata, elektron auditə dair suallarını cavablandırıb, onlara ətraflı izahatlar veriblər. 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında