İşəgötürənlərə və qadın işçilərə əmək hüquqları ilə bağlı məlumat verilib

Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün  həftəlik iş vaxtının müddətinin 36 saatdan artıq olmamasını qeyd edir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Gəncə şəhərində əksərən qadınların çalışdıqları “Gəncə Tekstil” ASC-də “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminar-müşavirədə vurğulanıb.

Ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə xidmətin rəsi müavini Anar Quliyev ölkəmizdə əmək münasibətləri sahəsində  qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu vurğulayıb. O, hazırda keçirilən tədbirin həm işəgötürənlər, həm də qadın işçilər arasında qadınların əmək hüquqları ilə bağlı məlumatlandırma məqsədinə xidmət etdiyini bildirib.

Seminar-müşavirədə DƏMX-nin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müfəttişləri Arzu Əliyev və Natiq Bayramov əmək qanunvericiliyində qadınlarla bağlı nəzərdə tutulan hüquqlardan bəhs ediblər. Bununla bağlı Əmək Məcəlləsindən irəli gələn prinsiplər, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.  Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

Habelə hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələrin verilməsi və s. barədə qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Seminar-müşavirədə işəgötürənlərin və qadın işçilərin sualları da cavablandırılıb və iştirakçılara qadınların əmək hüquqları barədə maarifləndirici bukletlər təqdim olunub.

Sonda “Gəncə Tekstil”ASC-nin istehsalat rəisi Muxtar Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Sahib Axundov çıxış edərək əmək hüquqları ilə bağlı belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında