786 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərinin davamı olaraq, bu ilin yanvar--mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Onlardan 750 nəfər əvvəllər peşə və ya ixtisasları olmayan, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmayan şəxslər olduğundan nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) xətti ilə onlar üçün əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə tədrisində ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim proqramları da tətbiq olunur ki, bu da müvafiq peşələrin daha asan və nəzəri biliklərlə yanaşı, praktik bacarıqların aşılanması yolu ilə qısa müddətdə öyrədilməsinə imkan yaradır.

Son üç ayda 36 nəfər sağlamlıq imkanları məhdud gənc isə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul olunub. Mərkəzdə təlimə qəbul edilən gənclər burada dövlət hesabına yataqxana və yeməklə, tibbi-fizioterapevtik xidmətlə də təmin olunur və sosial reabilitasiya yönümlü tədbirlərə cəlb olunurlar.

Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən bütün şəxslərə peşə sertifikatları  təqdim edilir və onların yeni peşələri üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılır.

Gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasında onların işəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi mühüm rol oynayır. Gələcəkdə gənclərə bu sahədə kömək göstərilməsi üçün DMX tərəfindən peşəyönümü tədbirləri davam etdirilir. Yanvar--mart aylarında bu tədbirlərə əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 262 nəfər gənc cəlb olunub. Onlara mövcud əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar, gələcəkdə uğurlu karyera qurmaları məqsədilə peşəyönümü məsləhətləri verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında