Gənclərin ədliyyə orqanlarına işə qəbulu davam edir

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə müvafiq olaraq ədliyyə orqanlarında gənclərin aşkarlıq şəraitində qulluğa qəbulu, layiqli dövlət qulluqçusu kimi formalaşdırılması, bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ötən dövrdə kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş, sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılmışdır. Qulluğa qəbul edilən gənclər hazırda regional ədliyyə, qeydiyyat şöbələrində, həmçinin penitensiar, tibb, icra xidmətlərində və digər ədliyyə sahələrində uğurla fəaliyyət göstərirlər. Xüsusilə qeyd edilməlidir ki, 2006-cı ildən etibarən qanunvericiliyə əsasən ədliyyə orqanlarına qulluğa qəbulun test imtahanı yolu ilə həyata keçirilməsinə, 2009-cu ildən isə müsabiqə qaliblərinin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasına icbari təlimə cəlb olunmasına başlanılmışdır.
Hüquq-mühafizə orqanları statusuna malik olan ədliyyə orqanlarında, o cümlədən yaş həddi müəyyən edilmiş aidiyyəti sahələrdə çalışmağa xüsusi maraq göstərənlərin tam əksəriyyəti məhz gənclərdir. Bu da ölkəmizdə həyata keçirilən və dövlətimizin prioritet verdiyi sahələrdən olan gənclər siyasətinə öz töhfələrini verir. Bunun nəticəsidir ki, bütövlükdə ədliyyə işçilərinin iki-üç nəfərdən birini gənclər təşkil edir və bu gün onlar göstərilən etimadı layiqincə doğruldurlar.
Ədliyyə orqanlarında gənc kadrlara ehtiyacı və vakant ştat vahidlərini nəzərə alaraq, hazırda şəffaf prosedurlarla, müsabiqə və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik mütəxəssislərin işə qəbulu davam etdirilir.
Nazirliyin müsabiqə komissiyası tərəfindən növbəti - sayca beşinci açıq müsabiqə elan edilərək, bu ilin əvvəlindən namizədlərin sənədlərinin qəbuluna başlanılmışdır. Eyni zamanda penitensiar və tibb xidmətlərində fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən qulluğa qəbulun davam etdirilməsi barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə geniş məlumat verilmişdir.
Qeyd edək ki, vakant ştat vahidləri əsasən nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.
Açıq müsabiqələrdə iştirak etmək üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, o cümlədən penitensiar xidmətə hərbi, psixologiya, bədən tərbiyəsi və idman, tibb xidmətinə həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, həkim-cərrah və orta tibb və s. ixtisaslı şəxslər sənədlərini təqdim edə bilərlər.
Nazirliyə penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı internet səhifələrində və telefonlar vasitəsilə əlavə məlumat almaq olar:

{nl}

Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az tel: 430-01-18, 430-11-05, nazirliyin penitensiar xidməti üzrə www.penitensiar.justice.gov.az tel: 498-00-67, 493-64-41, nazirliyin tibb xidməti üzrə tel: 493-06-50, 493-30-91.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında