Qaradağ rayonu: davamlı sosial-iqtisadi inkişaf, uğurlu nəticələr

 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr ətraflı müzakirə edilmiş, cari ilin 3 ayının sosial-iqtisadi göstəricilərinə yekun vurulmuşdur.

 Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 11 aprel 2018-ci il tarixində ölkəmizdə azad, şəffaf, demokratik şəraitdə prezident seçkilərinin keçirildiyini bildirərək, cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə yığıncaq iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, ümummilli liderimizin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

S.Mikayılov 2018-ci ilin birinci rübündə qarşıda duran bütün vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdırmışdır. Cari ilin birinci rübündə sənaye sahəsində 228 milyon 598 min manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım qeydə alınmışdır.

Nəqliyyat sektorunda 18 milyon 745 min 200 manat, rabitə müəssisələri tərəfindən isə 71 min 700 manat həcmində xidmət göstərilmişdir.

Rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 105 milyon 664 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,3 faiz çoxdur.

Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 62 milyon 370 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə çoxdur.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 27 milyon 380 min manat təşkil etmişdir.

IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində rayonun Lökbatan qəsəbəsində, İntiqam Nəbiyev küçəsi 37 və 41, Hüseyn Məmmədov küçəsi 9 saylı çoxmənzilli yaşayış binalarının fasadları və giriş hissələri tam təmir olunaraq həyətin ərazisində abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançası inşa olunmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aprelin 14-də həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak etmişdir.

Məruzə ətrafında çıxışlarda Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən görülən işlər yüksək qiymətləndirilmişlər.

İclasda Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov iştirak etmişlər.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında