ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

Martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə bağlı birgə bəyanatla çıxış etmişlər.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin martın 5-də Soçidə keçirilmiş görüşündən əvvəl və sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən ciddi şəkildə narahatdırlar. Təsdiqlənəcəyi təqdirdə, belə mənasız aktlar tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına can atmaq barədə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Anji Kaspşikdən bütün tərəflərin iştirakı ilə bu cür faktlarla bağlı dərhal təhqiqata başlamağı xahiş etmişlər.
Bundan əlavə, bəyanatda qeyd olunur ki, həmsədrlər gələn həftə yenidən regiona səfər edəcəklər və keçirəcəkləri görüşlərdə tərəfləri təhqiqatın aparılması məsələsində əməkdaşlığa çağıracaqlar.
Həmsədrlər bir daha insan itkiləri ilə nəticələnən addımları qəti şəkildə pisləmişlər. Onlar tərəfləri israrla səbir nümayiş etdirməyə və 1994-cü ildə imzalanmış atəşkəsə dair razılaşmaya əməl etməyə çağırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında