Lənkəranda kümçülərin ümumrayon müşavirəsi keçirilib

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə unudulmuş ənənəvi təsərrüfat növlərinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Lənkəranda da səylə icra olunur.

Bununla əlaqədar baramaçılığı genişləndirmək məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda kompleks tədbirlər həyata keçirilir. İlk növbədə bu sahənin yem bazasının yaradılmasından ötrü 2016-2017-ci illərdə Çindən gətirilmiş 49 min tut tingi əkilib, onlara lazımi aqrotexniki qulluq göstərilir. Respublikada ilk dəfə olaraq Çin mütəxəssislərinin iştirakı ilə həmin tingləri artırmaq məqsədilə budaqlarından klon üsulu ilə istifadə edilərək tut ağaclarının sayı 100 minə çatdırılıb. Artıq rayondakı “Yaşıl çay” təsərrüfatında Çin texnologiyası üzrə fəaliyyət göstərəcək kümxana quraşdırılıb.

Kümxananın açılışı və kümçülərin ümumrayon müşavirəsində çıxış edənlər bu sahədə işlərin canlandırılması barədə konkret faktlarla məlumat veriblər. Burada yüksək keyfiyyətli barama məhsulu istehsalından ötrü lazımi şərait yaradıldığı qeyd olunub.  Kümçülər kənd təsərrüfatı məhsulları istehsalçılarına və baramaçılığın inkişafına verdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib və qarşıya qoyulan vəzifələrin icrasından ötrü var qüvvələri ilə çalışacaqlarını  bildiriblər.

Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi zərurətini vurğulayıb və yaxın gələcəkdə təsərrüfatların genişləndirilməsi, yem bazasının artırılması və barama qurdunun saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələr verib.

Sonra müşavirə iştirakçıları baramaçılıq təsərrüfatının kümxanasında yaradılan şərait və yeni salınmış tinglik sahələri ilə tanış olublar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında