Şəmkir: ilin ilk üç ayının yekunları müzakirə olundu

Şəmkir rayonunda 2018-ci ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov  cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə bütün xalqımızı, o cümlədən şəmkirliləri təbrik etmiş və ölkə Prezidentinin yürütdüyü məqsədyönlü, ardıcıl və müdrik siyasətin nəticəsi kimi Azərbaycanın  son illərdəki inkişafından danışmışdır.

Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın baş verdiyini qeyd etmiş, Şəmkir rayonunun sosial-iqtisadi həyatında cari ilin üç ayı ərzində də görülən işlərin ürəkaçan olduğunu bildirmişdir.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd olunması, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.

Hesabat iclasında qeyd olunub ki, Şəmkir təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün rayon üzrə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb.

Taxıl əkinlərinin 12 min 201 hektarını buğda, 2 min 188 hektarını isə arpa sahələri təşkil edir. Bundan başqa cari ildə 4 min hektar ərazidə kartof, 5151 hektar ərazidə tərəvəz bitkiləri, 70 hektar ərazidə isə şəkər çuğunduru əkilib.

Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir.

Qeyd olunub ki, son üç ayda rayonda 1494 yeni iş yeri yaradılıb ki, onun da 662-si daimidir.

Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında