Polis Akademiyasında 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir

Martın 6-da DİN-in Polis Akademiyasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə akademiyanın şəxsi heyətinə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun daxili işlər orqanları qadın əməkdaşlarına və işçilərinə bayram təbriki çatdırılmışdır. Respublikanın ictimai həyatında, dövlət idarəçiliyində qadınların rolunun daha da artırılması məqsədi ilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qəbul etdikləri qərarlar, Beynəlxalq Qadınlar Gününün tarixi, dövlət tərəfindən zərif cinsin nümayəndələrinə göstərilən diqqət və qayğı barədə iştirakçılara məlumat verilmişdir.
Polis Akademiyasının şəxsi heyəti üçün rahat iş şəraitinin yaradılması, sağlamlığın qorunması, tədris prosesi və xidmət sahəsində çalışan qadınların rolu xüsusi vurğulanmışdır.
Sonra akademiyada çalışan 78 qadın əməkdaşa və mülki işçilərə hədiyyələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında