Herbisidlərdən istifadəyə dair təlimlərə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Sabirabad rayonlarında  pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı istifadə olunan herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasına dair təlimlərə  başlanılıb. 

 

Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin,   rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatotları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri və pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar iştirak ediblər.

Təlimlərdə ötən ildə pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı yol verilən çatışmazlıqlar Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara izah olunmuş və gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində qeyd olunan çatışmazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilmişdir.        

Növbəti təlimlərin respublikamızın bütün pambıqçılıq rayonlarında keçirilməsi və bu təlimlərdə pambıq bitkisinin əsas xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri, boy tənzimləyicilərindən istifadə, ucvurma və defolyasiya tədbirlərinin həyata keçirilməsi sahəsində fermerlərin maarifləndirilməsi nəzərdə tutulur.  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında