İnsan hüquqları və media

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycan nümayəndəliyinin jurnalistlər üçün Qubadakı Olimpiya İdman Kompleksində keçirdiyi ikigünlük seminarda insan hüquqları sahəsində BMT-nin prioritetləri geniş diskussiya mövzuları oldu.
Seminarın açılışında İnsan Hüquqları üzrə Ali Komissarlığın Azərbaycandakı müşaviri Teymur Məlik-Aslanov təmsil etdiyi qurumun vətəndaş azadlığı, insan hüquqları sahəsində diqqət yetirdiyi məsələlər barədə məlumat verdi. O bildirdi ki, seminar Azərbaycan jurnalistlərinə insan hüquqları ilə bağlı zəruri bilgilər çatdırmaq məqsədi daşıyır.
Seminar məşğələlərində Azərbaycan Respublikası Ombudsmanı Aparatının şöbə müdiri Zaur Əliyev BMT-nin insan hüquqları sistemi və söz azadlığı ilə bağlı mühüm sənədləri, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Minur Məmmədzadə uşaq və əlillər mövzusuna mediada ehtiyatla yanaşılması, UNAİDAS-ın ölkə ofisi rəhbəri Cəmilə Cərrahova Azərbaycanda immunçatışmazlığı virusu ilə bağlı vəziyyət və BMT-nin İİV-ə qarşı mübarizə tədbirləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı Zaur Nağıyev qaçqın və məcburi köçkünlər və insan hüquqları barədə mühazirələrlə çıxış etdilər, aktual məsələlərə aydınlıq gətirdilər.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin informasiya azadlığı haqqında milli qanunvericilik, jurnalist hüquqları və vəzifələri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin diffamasiya anlayışı və jurnalist etikası, ekspert Elşad Fərzəliyevin milli münaqişələr və etnik-sosial müxtəlifliyin KİV-də peşəkarlıqla işıqlandırılması ilə bağlı mövzularda çıxışları da fəal müzakirələrə çevrildi, bir sıra sualları cavablandırdı.
Seminarın yekununda jurnalistlər belə tematik təlimlərin KİV təmsilçiləri üçün faydalı olduğunu və gələcəkdə də keçirilməsinin gərəkliyini söylədilər.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında