Kosacan kəndi yenilənir

Naxcivantv.az xəbər verir ki, Şərur rayonunun Kosacan  kəndində  234 şagird yerlik tam orta məktəb binası yenidən qurulur. 3 mərtəbəli olacaq məktəbdə  təhsil ocağı üçün ən müasir  şərait yaradılacaq.

Kosacanda bundan əlavə kənd və xidmət mərkəzləri də tikilir. 2 mərtəbəli olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi təşkilatı, feldşer-mama məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərəcək. Xidmət mərkəzində isə sakinlərə müxtəlif ticarət və məişət xidmətləri təşkil ediləcək. Kəndə gələn 2 kilometr yol  əsaslı şəkildə yenidən bərpa olunur. Yolun torpaq hissəsinin eni 8 metr, asfalt hissəsinin eni isə 6 metr olacaq. Yolun kənarlarına suburaxıcı kanallar çəkilir. Bununla yanaşı qaz xətlərinin yerləri də dəyişdirilir.

Qeyd edək ki, Şərur  rayonunun  İbadulla və Kərimbəyli kəndlərində də kompleks quruculuq işləri aparılır.

                                                İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında