Milli Məclisin deputatları AŞPA-nın tədbirlərində iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev bu beynəlxalq təşkilatın bir sıra tədbirlərində iştirak etmək üçün martın 8-də Fransanın paytaxtı Parisə gedəcəklər.
Deputatlarımız əvvəlcə AŞPA komitələrinin iclaslarında iştirak edəcək, Parlament Assambleyasında islahatlar barədə fikirlərini bölüşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, qurumun Siyasi işlər komitəsində "Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi"nə dair müzakirələr aparılacaq, Belarusda, Tunisdə və Yaxın Şərqdə vəziyyət araşdırılacaqdır. İclasda Əfqanıstandan ixrac edilən narkotik maddələrin Avropa üçün təhlükəsi, həmçinin İranın nüvə proqramı məsələlərinə də baxılacaqdır.
Daimi komitədə Aralıq dənizi bölgəsində ətraf mühitin mühafizəsi, Rodos və Kos adalarının türk mənşəli əhalisinin vəziyyəti, biometriyanın insan hüquqlarına təsiri, eləcə də qadınlara qarşı zorakılıqla mübarizə məsələləri əsas müzakirə mövzusu olacaqdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında