Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanmışdır

Martın 7-də Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanmışdır.
Sənədi Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri, professor Bülənt Aras imzalamışlar.
Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulmuşdur.
İmzalanmış sənədi yüksək qiymətləndirən G.Paşayeva vurğulamışdır ki, ölkələrimizi eyni maraqlar birləşdirir. Azərbaycan ilə Türkiyə arasında əlaqələr son illər daha da fəallaşmışdır. Bundan sonra da ölkələrimiz arasında beynəlxalq münasibətlərin, iqtisadi, mədəni, strateji əlaqələrin, eləcə də regional əməkdaşlığın inkişafında mühüm addımlar atılacaqdır.
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığa toxunan B.Aras demişdir ki, keçən ilin avqustunda imzalanmış "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım" haqqında Saziş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz sübutudur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında