Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda "Son 500 gün" kampaniyası keçirmişdir

Böyük Britaniyanın respublikamızdakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına həsr edilmiş "Son 500 gün" kampaniyası çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə Bakıda qaçış yarışları təşkil etmişdir. Yarışlarda Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun, habelə Almaniya, Yunanıstan və Niderland səfirliklərinin nümayəndələri də iştirak etmişlər.
Xatırladaq ki, bu kampaniya çərçivəsində onlayn-müsabiqə keçirilir. Müsabiqənin qalibi Olimpiada dövründə Böyük Britaniyanın paytaxtına səfər etmək imkanı qazanacaqdır. Müsabiqədə təklif edilən sualların cavabları martın 10-a qədər qəbul edilir. Arzu edən hər kəs www.ukinazerbaijan.fco.gov.uk və ya www.olimpiya.az saytlarına daxil olaraq müsabiqədə iştirak edə bilər.
Bundan əlavə, Böyük Britaniya səfirliyi və "British Council" Azərbaycan paytaxtının 10 məktəbində Olimpiya festivalı keçirir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında