Qobustan rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti sərəncamına uyğun olaraq Qobustan rayonunda  gənclərin həqiqi hərbi xidmətə yola salınması uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda gənclərimiz üçün tədbir keçrildi. Öncə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü və Azərbaycanın Dövlət himni səsləndirildi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

Tədbir iştirakçılarına və çağırışçılara məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin fərmanına əsasən respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da həqiqi hərbi xidmətə çağırış kompaniyası keçirilir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu cənab Prezidentin yüksək diqqət və qayğısı nəticəsində inkişaf etmiş, Qafqazın lider ordusuna çevrilmişdir. Ordumuzun hərbi texnikası, silah-sursatı və digər müdafiə xarakterli texnikası, müasir standartlara cavab verən texniki vasitələrlə təchiz olunmuşdur.

Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bu gün münasibətilə çağırışçıları və onların valideynlərini təbrik etdi. Çıxışında bildirdi ki, Azərbaycanın güclü ordusu vardır. Ordumuzun potensialı günü-gündən möhkəmlənir və güclənir. Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür.

Qobustanlı gənclər  hərbi xidmətə böyük həvəslə yola düşürlər. Xidmətdən yayınma hallarına qətiyyən rast gəlinmir. Hətta əsgərlərimizin bir qismi hərbi xidmətlərini başa vurduqdan sonra  orada çalışmağa üstünlük verirlər. Döyüş zamanı  böyük şücaət göstərirlər. Məlum Aprel döyüşlərində həmyerlimiz Orxan Müstəcəbov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Tədbirdə Rayon ağsaqqalları və valideyinlər çıxış edərək çağırışçılara öz tövsiyələrini verdilər, hərbi xidmətlərini layiqincə yerinə yetirmələrini arzuladılar. Çağırışçılardan bir neçəsi öz ürək sözlərini söylədilər. Sonda söz musiqiyə verildi. Çağırışçılar valideynləri ilə birlikdə rəqs etdilər. Daha sonra isə böyük ruh yüksəkliyi ilə xoş musiqi sədaları altında hərbi hissələrə yola salındılar.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında