Beynəlxalq konfrans keçiriləcək

Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari il mayın 21-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. 

BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılıb ki, bu da Azərbaycanın BƏT-ə üzv olduğu 26 illik dövrdə təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaqdır. Həmçinin konfransda 20-dək ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan Respublikası BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində bu Təşkilatın 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, onların icrası yönündə məqsədyönlü işlər aparır. Həmin məqsədlərin icrasının əlaqələndirilməsi məqsədilə ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılaraq fəaliyyət göstərir.

Ötən ilin iyun ayında Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu təşkilatın rəhbər orqanında təmsil olunmaq hüququ qazanması ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti təzahürü olmaqla, Azərbaycanın BƏT-in siyasi qərarlarının qəbulunda iştirak imkanına malik olmasını şərtləndirib. 

Konfransda dünyada əmək bazarının müxtəlif kontekstlərində Dayanıqlı İnkişaf Məqsədlərinin, həmçinin layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlərin, əməyin gələcəyi, iqtisadi inkişafın inkluziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəli olması, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid,  Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sisteminin tətbiqi və s. müzakirə olunması planlaşdırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında