Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib

Azərbaycan dəmir yollarında geniş xarakter alan əsaslı dəyişikliklər uğurla davam etdirilir. Dünya nəqliyyat sisteminə inteqrasiya istiqamətində böyük yeniləşmələrə imza atan dəmiryolçular tamamilə yeniləşmiş bir sahəni formalaşdırmaq əzmindədirlər. Prezident İlham Əliyevin 31 iyul 2017-ci il tarxli sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür cayı üzərində yerləşən metal dəmir yolu körpüsünün rekonsrtuksiyası işləri aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə qeyd edilib ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elemetlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirmişdir. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşrım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Körpünün sifarişçisi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, podratçı təşkilat isə “Körpübinatikinti” MMC-dir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında