Azərbaycan üçün xeyirli, uğurlu növbəti 7 ilə qədəm qoyuruq

Seçkidən iki gün ötüb. Amma hələ uzun müddət bu təssüratlarla yaşayacayıq. Həmin gün 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə üçün lazımi şərait yaradılıb və bütün  zəruri avadanlıqlarla təmin edilmişdi. Məntəqədə səs vermək üçün 1424 seçici qeydə alınmışdı. Məntəqənin sədri  seçkilər sahəsində zəngin təcrübəyə malik Dilbər Səmədova idi.

Veb- kamera quraşdırılmış məntəqə açılandan seçimlərini etməyə gələn seçicilərin xüsusi aparatlarla sol əllərinin baş barmaqları yoxlanılır və gözə görünməyən mürəkkəblə işarələnirdi. Sonra onlar şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçir, bülleten alaraq səsvermə kabinəsinə yaxınlaşırdılar.

Diqqətimi seçki fəallığı cəlb etdi, ahıllar, orta yaşlılar, gənclər, hamısı nizamla məntəqəyə gəlir və növbəti 7 ildə dövlətinə başçılıq edəcək namizədə səs verirdilər.  Səs verdikdən sonra seçicilərdən bir qismi ilə söhbət etdim. Bayaq sırada dayananda tələsdiyinin fərqinə vardığım gənc xanıma yaxınlaşdım. Lamiyə Hüseynova məntəqəyə yaxın, 4 nömrəli binada yaşadığını bildirdi. Fikirlərini soruşanda sual qarışıq təbəssümlə dilləndi:

-- Siz deyin, bülletendəki namizədlərdən hansı  biri cənab Prezidentimizlə müqayisə edilə bilər?—Heç biri! Ona görə də mən tərəddüd etmədən  İlham Əliyevə səs verdim. Seçimim öncədən bəlli idi, “Exit poll”a da fikrimi açıqladım.

 Bu, işıqlı gələcəyə, əmin-amanlığa, dinc yaşayışa verilən səsdir. İki övladım var. Fateh 3 yaşlı, Almina isə 6 aylıqdır. Mən bu mühüm kampaniyada iştirak etmək üçün onları bacımın yanında qoyub gəlmişəm. İnanıram ki, Azərbaycan üçün xeyirli, uğurlu növbəti 7 ilə qədəm qoyuruq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında