Aprel şəhidləri unudulmayacaq

Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə Paşayeva, “Aprel-2016: Şəhid ailələrinə dəstək” İB-nin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Xaçmaz , Xızı və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Xaçmazda  qəhrəman şəhidlərimiz  Elvin Mirzəyevin və Elvin Qayıbovun, Xızıda Ravil Novruzovun, Nefçalada Elimdar  Səfərovun ailələrini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir.

Millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq, “belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik”-- deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanımasının vacibliyini diqqətə çatdırıb. Yeni yaradılmış “Aprel 2016: Şəhid ailələrinə dəstək “ İB -nin şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib. Bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. “Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən millət vəkili “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib.

“Aprel- 2016: Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın da  qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəyini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında