Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni bina inşa edilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün yeni mənzillərin inşa etdirilməsi istiqamətində işlər ildən-ilə gücləndirilir. Ötən il bu təbəqələrə aid vətəndaşlardan ibarət 315 nəfər mənzil və ya fərdi yaşayış evi ilə  təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Qeyd edək ki, bu vaxta qədər 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinə verilib.

Hazırda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilməklə yanaşı, İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, habelə Bakının Nizami rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzilli yaşayış binasının tikintisinin yekunlaşdırılması işləri sürətləndirilib.

Yaşayış binasına baxış zamanı “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev binanın tikintisinin yekunlaşdılması üçün aparılan işlərin sürətləndirlməsindən, burada əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması üçün aparılan işlərdən məmnunluğunu bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov binada tikinti işlərinin keyfiyyətlə aparılmasından, ümumən əlil və şəhid ailələrinin mənzillə təminatı tədbirlərinin gücləndirilməsindən razılığını ifadə edib.

Binanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında