Ölkədə epozootik sabitlik qorunmalıdır

2018-ci ilin birinci rübü ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunması və onların müalicəsi, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi məqsədi ilə zəruri baytarlıq-sanitariya tədbirlərini həyata keçirmişdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq 2018-ci ilin birinci rübü ərzində qarayara xəstəliyinə qarşı 2533125 baş iribuynuzlu, 689668 baş xırdabuynuzlu və 86232 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2208551 baş iribuynuzlu heyvanlarda müxtəlif vaksinlərlə profilaktik peyvəndləmələr aparılmışdır. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə qan nümunəsi alınaraq seroloji müayinə edilmişdir.

“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 1 dəfə monitorinq keçirilmiş, monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patmaterialı və 1771 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmiş, nəticədə xəstəlik aşkar edilməmişdir.

2018-ci ilin birinci rübü ərzində Avropa İttifaqının dəstəyi ilə "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Bakı, Lənkəran və Şəki şəhərlərində “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirci seminarlar keçirilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən baytarlıq-sanitariya tədbirləri nəticəsində 2018-ci ilin birinci rübü ərzində respublikada epizootik vəziyyət sabit olmuşdur. Bu sabitliyi qoruyub saxlamaq üçün lazımi təşkilati tədbirlər davam etdirilir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında