Abşeronda prezident seçkilərinin nəticələri ilə bağlı möhtəşəm atəşfəşanlıq olmuşdur

Cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə bağlı Abşeron rayonunda bayram konsert-mitinqi, möhtəşəm avtomobil yürüşü və atəşfəşanlıq olmuşdur.

Abşeronda seçki məntəqələrinin bağlanışından sonra, səsvermənin yekunu olaraq “İlhamla irəli”, “İlhamla davam”, “Yaşasın Azərbaycan”, “Daha güclü Azərbaycan” şüarları ilə yürüş və bayram konsert-mitinqi keçirildi.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək “Hər zaman hər yerdə sizinləyik, cənab Prezident!”, “Bizim gücümüz birliyimizdədir!”, “İlhamla irəli”, “Xalqın səsi-cənab İlham Əliyevin qələbəsidir”, “Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir” şüarları səsləndirərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir


Əllərində Azərbaycanın və Yeni Azərbaycan Partiyasının bayraqlarını dalğalandıran mitinq iştirakçıları birlik və həmrəylik şüarları səsləndirdilər. Abşeron sakinləri alqış sədaları ilə Yeni Azərbaycan Partiyasının qələbəsini qeyd etdilər.

Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında