2018-ci ilin 3 ayı ərzində ölkəyə gələn xarici vətəndaşların sayı 12.6 faiz artmışdır

2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6 faiz artım deməkdir. Qeyd edirik ki, xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər etmişdir.

Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya Federasiyası (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran İslam Respublikası (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) liderlik etmişdir. Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilmişdir.

2018-ci ilin 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 684 nəfər və ya 12.7 faiz), Rusiya Federasiyası (11 188 nəfər və ya 6.97 faiz), Türkiyə (8 191 nəfər və ya 12.7 faiz), BƏƏ (6 931 nəfər və ya 31 faiz) və Küveyt (5 621 nəfər və ya 614 faiz) olmuşdur.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 457 nəfər və ya 54.5 faiz), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və ya 26.5 faiz) və Avropa ölkələrinin (93 122 nəfər və ya 14.8 faiz) payına düşmüşdür.         

Cari ilin 3 ayı üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş vermişdir. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9 faiz), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15.9 faiz) və Avropa regionu üzrə 8 008 nəfər (9.4 faiz) artım müşahidə edilmişdir.

M.Mükərrəmoğlu,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında