Herbisidlərdən səmərəli istifadə olunmalıdır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti pambıq əkinlərində nəticələrin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə herbisidlərdən istifadə edilməsinin vacibliyini torpaq mülkiyyətçilərinin diqqətinə çatdırıb.       

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, pambıq sahəsinin alaqlarla sirayətlənmə dərəcəsindən asılı olaraq xam pambığın məhsuldarlığı 20 faizdən çox azalır, onun keyfiyyəti aşağı düşür. Pambıq istehsalında əsas əmək tutumlu əməliyyatlardan biri alağa qarşı əllə və ya mexaniki mübarizədir ki, bu da məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur.

Əkin sahələrində alaqlarla kimyəvi mübarizə aparıldıqda, məhsulun maya dəyəri aşağı düşür, pambığın lif keyfiyyəti yaxşılaşır, zərərverici və xəstəliklərlə sirayətlənməsi məhdudlaşır, gələcəkdə pambığın maşınla yığılmasına optimal zəmin yaranır.

Bütün bunları nəzərə alaraq herbisidlərdən istifadə qaydalarına ciddi riayət olunmalıdır. Pambıq əkinlərində herbisidlərin tətbiqi əsasən səpindən öncə, səpinlə birlikdə, cücərtilər çıxana 3 gün qalanadək və çıxışdan sonra aparılır.

Əlipənah BAYRAMOV,
"Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında