Qarabağ müharibəsi əlili İsmayıl Osmanov: Məntəqəyə gəlib səs verməyi özümə vicdan borcu bildim

Bir neçə gün öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni seçilmiş tərkibi ilə görüş zamanı jurnalistlərə müsahibəsində bildirmişdi ki, Mərkəzi Seçki Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətinə uyğun olaraq nazirlik tərəfindən ölkədəki bütün əlil vətəndaşların, yataq xəstəsi olan, bu səbəbdən, ümumən seçki günü səhhətinə görə seçki məntəqəsinə gedə bilməyən seçicilərin də hüquqlarının reallaşdırılması üçün müvafiq işlər görülüb. Həmin seçicilərin daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunacaq. 1500-dək seçki məntəqəsində, yəni əlil arabasında olan seçicilərin yaşadığı bütün məntəqələrdə onlar üçün pandusların quraşdırılması, digər imkanların yaradılması təmin edilib. Hazırda elə bir seçki məntəqəsi yoxdur ki, orada əlil arabasından istifadə edən seçicilərin səsverməsi üçün şərait yaradılmasın.

8 saylı Binəqədi 1-ci seçki dairəsinin 4 saylı məntəqəsində müşahidə etdiklərim həmin fikirləri bir daha təsdiqlədi. Öz seçimini etmiş, əlindəki əsalarla belə çətinliklə addımlayan seçiciyə yaxınlaşıb rəyini soruşdum. “Qarabağ müharibəsi əlili İsmayıl Osmanovam”--dedi. “Daşınan qutu üçün müraciət etməmisinizmi?” – sualıma çəliyinə söykənib dərindən nəfəs alaraq dedi:

– Mən ərazidəki “Əlillər evi”ndə yaşayıram. Binamız Respublika Əlilləri Reabilitasiya Mərkəzinin arxasındadır. Bilirəm ki, müraciətlərə əsasən orada yaşayan əlillərin səsvermədə iştirakı üçün daşınan seçki qutusu gələcək. Amma baxın. Yaşadığımız evi mənə dövlət verib. Həmin reabilitasiya mərkəzində mütəmadi olaraq təmənnasız müalicə alırıq. Müharibə əlili kimi yay aylarında respublikanın müxtəlif turizm mərkəzlərində istirahətimiz təmin olunur. Mən bu gün Azərbaycanın inkişafına və daha da çiçəklənməsinə şərait yaradan namizədə, dövlət başçımız İlham Əliyevə məhz məntəqəyə gəlib səs verməyi özümə vicdan borcu bildim... Biz müharibədə can qoymuşuq, əlil olmuşuq. İnanırıq ki, yalnız müdrik rəhbərimizin siyasəti və əzmkarlığı sayəsində doğma Qarabağımızı qaytaracağıq. Möhtərəm Prezidentimiz bizi yeni qələbələrə aparır və onun alternativi yoxdur.

Çəliyinə söykənmiş digər seçiciyə yaxınlaşdım. Fiziki cəhətdən sağlamlığını itirmiş Rövşən Cavadovdur. O da adı siyahıda olsa da, daşınan qutudan imtina edib. Bu qələbəlikdə iştirak etmək, elliklə səsvermə prosesinin sevincini yaşamaq istəyib. Həkimlər ona hələlik ayağa qalxmağa icazə verməsələr də, çətinliklə də olsa məntəqəyə gəlib.

Qeyd edim ki, məntəqədə səsvermə üçün lazımi şərait yaradılıb və bütün zəruri avadanlıqla təmin edilib. Məntəqənin sədri bu sahədə zəngin təcrübəyə malik Dilbər Səmədova bildirdi ki, səs vermək üçün ərazidən 1424 seçici qeydə alınıb. Məntəqədə səs verəcək seçicilərin 20 nəfərinin yaşı 80-dan yuxarıdır. İlk dəfə səsverənlərin sayı isə 5-dir.

 Veb- kamera quraşdırılmış seçki məntəqəsinin katibi Nazilə Sərdarova seçim etməyə gələn seçicilərin sol əllərinin baş barmaqlarını xüsusi aparatla yoxladıqdan sonra və gözə görünməyən mürəkkəblə işarələyirdi. Seçicilər şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçir, bülleten alaraq səsvermə kabinələrində seçimlərini edib, bülletenləri şəffaf qutulara atırdılar.

 Məntəqənin sədri seçki ilə bağlı lazımi hazırlıq işlərinin aparıldığını və seçicilərin öz səsvermə hüququndan heç bir çətinliklə üzləşmədən istifadə etdiklərini bildirdi. Müxtəlif siyasi və ictimai təşkilatları təmsil edən müşahidəçilər seçki prosesinin normal keçdiyini, hər hansı qanun pozuntusu və kənar müdaxiləni qeydə almadıqlarını bildirdilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında