Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılmışdır

Son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı atılan addımlar respublikamıza turist axınının sürətlənməsinə, regionlarda yeni turizm infrastrukturlarının yaranmasına və turistlərə göstərilən xidmətlərin sayının artmasına səbəb olmuşdur.

Yerli və xarici turistlərə ölkəmizin mövcud turizm imkanları və tarixi ilə bağlı zəruri və düzgün məlumatların verilməsi, turist məmnuniyyətinin təmin edilməsi və turistlərlə kommunikasiyanın düzgün qurulmasında turizm bələdçilərinin fəaliyyəti önəmli rol oynayır.

Bununla bağlı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərçüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirilmişdir.

Toplantının açılışını Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev açaraq, ölkəmizdə turizmin mövcud vəziyyəti, inkişaf dinamikası, turizm sahəsi ilə bağlı yaradılmış Assosiasiya və İctimai Birliklər (Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi) haqqında məlumatlar vermiş, turizm bazarının genişlənməsi, ölkəmizdə fəaliyyət göstərən turizm bələdçilərinin sayının artması və bu sahədə görüləcək işlərin daha sürətləndirilməsi məqsədilə Bələdçilər Assosiasiyasının yaradılması zərurətinin yarandığını qeyd etmişdir.

Bu təkliflə bağlı bir neçə bələdçi çıxış edərək assosiasiyanın yaradılması məsələsi dəstəklənmiş və tədbirdə iştirak edən 125 bələdçi tərəfindən səsvermə yolu ilə qəbul edilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çıxış edərək yeni yaradılan Bələdçilər Assosiasiyasına ilkin mərhələdə təşkilatı işlərin həyata keçirilməsində və gələcək fəaliyyətində dəstək göstərəcəyini bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında