ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun yeni həmsədri fəaliyyətə başlamışdır

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumatda bildirilir ki, Demokratlar Partiyasının üzvü, konqresmen Dənyel Boren ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun həmsədri qismində vəzifəsinin icrasına başlamışdır. Qrupun Demokratlar Partiyasından olan əvvəlki həmsədri Solomon Ortisin Konqresdə üzvlüyü 2010-cu ildə başa çatmışdır.
1973-cü ildə anadan olmuş, Texas və Oklahoma universitetlərində təhsil almış və 2005-ci ildən ABŞ Konqresində Oklahoma ştatını təmsil edən D.Boren Nümayəndələr Palatasının təbii ehtiyatlar üzrə daimi komitəsinin və kəşfiyyat üzrə xüsusi komitəsinin üzvüdür.
Konqresmenin siyasi karyerası ailə ənənəsinin davamıdır. O, vaxtilə Oklahoma ştatının qubernatoru və ABŞ senatoru olmuş, hazırda isə Oklahoma Universitetinin rektoru və ABŞ Prezidentinin kəşfiyyat üzrə məşvərət şurasının həmsədri Deyvid Borenin oğlu, sabiq konqresmen Layl Borenin nəvəsidir.
ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə yaradılmış Azərbaycan üzrə işçi qrupuna hazırda 38 konqresmen daxildir. Onlardan 23-ü Demokratlar, 15-i isə Respublikaçılar partiyalarını təmsil edirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında