"EMBAWOOD" istehsalatda ən yeni texnologiyaları tətbiq edir

"İSR Plaza"nın konfrans zalında "EMBAWOOD" şirkəti "Mebellə sağlam həyat" mövzusunda təqdimat keçirmişdir. Şirkətin marketinq meneceri İlkin Manafov iştirakçılara mövzu ilə əlaqədar məlumat vermişdir. O bildirmişdir ki, istehsal prosesini Avropa standartlarına (EH), idarəetməni isə İŞ 9000-2001 tələblərinə uyğun quran şirkət kürsülü mebeldə sertifikatlaşdırılımış yonqar lövhələrdən, yumşaq mebeldə isə antibakterial və antistatik parçalardan istifadə edir.
Təqdimat zamanı İ.Manafov həmçinin bildirmişdir ki, "EMBAWOOD" şirkəti Azərbaycanda ilk dəfə olaraq "Oeko-Tex Standard 100" və "Klass E 1" standartlarını reallaşdırmışdır. Burada başlıca məqsəd alıcıları formaldehiddən (rəngsiz, kəskin qoxulu kimyəvi maddədir) qorumaq, bununla da ailələrin sağlamlığının qayğısına qalmaqdır. Natiq xatırlatmışdır ki, bu kimyəvi maddə mebel sənayesində daha çox yonqar lövhələrin tərkibində işlədilir və göz, burun-boğaz xəstəliklərinin yaranmasına gətirib çıxarır. "EMBAWOOD" şirkəti də hazırda diqqəti mebel sənayesində geniş istifadə edilən bu konserogen aktiv maddənin işlədilməsini minimuma endirməyə yönəldib.
İ.Manafov daha sonra şirkətin qarşısında duran vəzifələrdən danışmışdır. O göstərmişdir ki, ötən il bütün dünyanı bürüyən qlobal maliyyə böhranının şirkətə elə bir ciddi təsiri olmamışdır. Bunun da səbəbi Azərbaycan dövlətinin, onun başçısı İlham Əliyevin yeritdiyi düzgün siyasət, həyata keçirdiyi uğurlu islahatlar və özəl bölməyə, sahibkarlığa diqqət və qayğısıdır. 1996-cı ildən fəaliyyət göstərən şirkət indiyə kimi bir sıra uğurlar əldə edib. Ən başlıcası, MDB-də ən iri keyfiyyətli mebel istehsalçısı kimi tanınıb. Düzgün inkişaf strategiyası yürütdüyü üçün xarici ölkələr üzrə alıcılarının sayı da artmaqdadır. Hazırda şirkətin məhsulları dünyanın 10-dan çox ölkəsinə göndərilir.
"EMBAWOOD" şirkətinin satış şəbəkəsi də getdikcə genişlənir. Əgər 2008-ci ildə şirkətin respublika üzrə 1 mağazası var idisə, hazırda onların sayı 45-ə çatır. İlin sonuna kimi isə ticarət obyektlərinin 70-ə çatdırılıması nəzərdə tutulur.
Şirkətin uğurlarından danışan İ.Manafov daha sonra demişdir: - Fəaliyyətimizdə daha çox diqqət yetirdiyimiz məsələ keyfiyyətlə bağlıdır. Çünki məhsulun satılması məhz bu amillə əlaqədardır. Ona görə də müasir texnologiyaların alınıb gətirilməsinə, quraşdırılmasına üstünlük veririk. Bundan başqa, şirkətimizin nəzdində Azərbaycanda analoqu olmayan laboratoriya da fəaliyyət göstərir ki, bu da məhsulların keyfiyyətli istehsalını şərtləndirir.
Təqdimat mərasimində şirkətin reallaşdırdığı yeni layihələr barədə də danışılmışdır. Qeyd edilmişdir ki, hazırda satılan məhsullara 3 illik zəmanət verilir, yəni göstərilən müddətdə alıcının istifadəsində olan mebel dəsti obyektiv səbəbdən yararsız hala düşərsə, şirkətin xərci hesabına təmir edilərək əvvəlki görkəmə salınır. Bundan başqa, hazırda istehsal olunan məhsullar dizayn cəhətdən yeniləşdirilir, alıcının zövqünü oxşamaq üçün təkmilləşmə aparılır.
Təqdimat mərasiminin sonunda jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında