Təhlükəsiz əmək şəraiti əmək məhsuldarlığını artırır

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları vardır və təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai  rayonunda təşkil etdiyi “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Rayonda fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssislərin, işçilərin iştirak etdikləri seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin,  işçilərin vəzifələri barədə məlumat verilib.

Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətinin yaradılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər təqdim edilib. Qeyd olunub ki, əməyin mühafizəsi xidmətlərinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxildir. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək hüququna malikdirlər.

Seminarda mövzu ilə bağlı iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu üzrə maarifləndirici bukletlər paylanıb. Tədbir zamanı bu və ya digər iş yerində istehsalat qəzalarının qarşısının alınması üçün görülməli olan önləyici tədbirlər barədə də ətraflı məlumatlar verilib.

 

Z. BƏŞİRQIZI,
”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında